Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub edib - UEFA Millətlər Liqası

25 Sentyabr 2022 21:54 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb. SİA xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşmada millimiz 3:0 hesablı qələbə qazanıb.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqləniblər. Digər qola Qazaxıstan futbolçusu Aleksandr Maroçkin avtoqolla imza atıb.

On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 10 xalla 2-ci pillədə qərarlaşıb.