Traktorun aşması nəticəsində 50 yaşlı sürü ölüb

25 Sentyabr 2022 21:11 (UTC+04:00)

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirib.

Nəticədə traktor yoldan çıxaraq aşıb.

Qəza zamanı 50 yaşlı Asil Şamilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.