Ukraynalı qaçqınlar azlıq edirdi, indi də...

25 Sentyabr 2022 19:46 (UTC+04:00)

Çexiya prezidenti Miloş Zeman qismən səfərbərliyə görə ölkədən qaçan Rusiya vətəndaşlarına ukraynalı qaçqınlarla eyni şəkildə viza verilməsinin lazım oldduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə “Lenta.ru” Çexiya mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, Çexiya prezidenti əvvəllər bu kateqoriyadan olan rusların ölkəyə viza almaq şərtlərinə aid olmadığını bildirən Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski ilə razılaşmayıb.

“Düşünürəm ki, biz bu insanlara, eləcə də ukraynalı qaçqınlara viza verməliyik”, - deyə Zeman bildirib.

O, belə rusların Çexiya üçün təhlükə yaratmaması fikrini də bildirib.

Bu arada, Çexiyanın Baş naziri Petr Fial Rusiyadan olan qaçqınların müraciətlərinə standart sığınacaq prosedurunun bir hissəsi kimi baxılacağını bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Müdafiə naziri Sergey Şoyqunun izah etdiyi kimi, 1000 kilometrlik təmas xəttinə nəzarəti saxlamaq və Ukraynada azad edilmiş əraziləri qorumaq tələb olunur. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır ki, bu da guya səfərbərlik ehtiyatının 1,1 faizini təşkil edir. Nazirlikdən verilən məlumata görə, çağırışa 35 yaşa qədər sıravi və çavuşlar, 50 yaşa qədər kiçik zabitlər və 55 yaşa qədər yüksək rütbəli zabitlər çağırılır.

Eyni zamanda, Şoyqu qeyd edib ki, bunlar orduda xidmət etmiş, döyüş təcrübəsi və orduda tələb olunan ixtisaslara malik ehtiyatda olan hərbçilər olmalıdır və çağırışçılar və tələbələr çağırılmayacaq.

...Hə, indi gəl, ölkədən qaçanların qabağını al, görüm necə alırsan.

Ağasəf Babayev