“Ukraynaya tankların göndərilməsi təhlükəlidir”

25 Sentyabr 2022 19:04 (UTC+04:00)

Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bazar günü dərc olunan “The New York Times” qəzetinə müsahibəsində Almaniya kansleri Olaf Şolz deyib.

Qeyd edək ki, Kiyevin israrla tələb etdiyi Almaniyanın Ukraynaya tankları niyə göndərməyəcəyi sualına cavab verərək, “Bu, çox təhlükəli müharibədir” –deyə Şolz bildirib.

“...Biz Ukraynanı dəstəkləyirik. Biz bunu eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı”.

Bunun da almaniyalı kansler deyib

...NATO ölkələri heç vaxt Ukraynaya verilən silah növlərinə məhdudiyyətlərin olduğunu açıq şəkildə bəyan etməyiblər. Bununla belə, Qərb mediası qeyd edir ki, Kiyevə göndərilən yardıma heç vaxt alyans ölkələrinin əsas döyüş tankları, Qərb təyyarələri və helikopterləri, həmçinin 100 km-dən çox mənzilli silah növləri, o cümlədən raketlər və bu tipli pilotsuz təyyarələr daxil edilməyib.

Yeri gəlmişkən, son həftələrdə Almaniya Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tankları və piyada döyüş maşınlarını göndərmədiyinə görə xüsusilə sərt şəkildə tənqid olunmaqdadar.

Ağasəf Babayev