“Azəriqaz” rəsmiləri Siyəzəndə sahibkarlarla görüşəcək

25 Sentyabr 2022 17:08 (UTC+04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) KOBİA ilə birgə “açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq. Bu barədə SİA-ya İstehsalat Birliyindən bildirilib.

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. Təklif və problemlər aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.