Bakı-Quba yolunda qəza olub - ölən və xəsarət alan var

25 Sentyabr 2022 16:09 (UTC+04:00)

Bakı-Quba yolunda qəza olub, ölən və xəsarət alan var. SİA-nın yerli bürosunun xəbərinə görə, qəza magistralın “Yeni Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

“Lada Kalina” markalı avtomobil “Range Rover” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.