Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO

25 Sentyabr 2022 16:06 (UTC+04:00)

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir. SİA xəbər verir ki, Baş prokuror sentyabrın 25-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

K.Əliyevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları müşayiət ediblər.