Amerikalı caz ustası 81 yaşında vəfat edib

25 Sentyabr 2022 14:17 (UTC+04:00)

Amerikalı caz saksofonçusu Faroah Sanders 81 yaşında vəfat edib. SİA xəbər verir ki, Sandersin ölüm xəbərini onun şirkəti Luaka Bop açıqlayıb. “Biz Sandersin vəfat etdiyini bölüşməkdən çox kədərlənirik”, - deyə,açıqlamada bildirilib: "O, bu səhər Los-Ancelesdə sevimli ailəsi və dostlarının əhatəsində dinc şəkildə vəfat edib. Gözəl insan idi, məkanı cənnətə olsun.

Qeyd edək ki, 1940-cı ildə Arkanzas ştatının Litl-Rok şəhərində Farrell Sanders kimi anadan olan Sandersin karyerası Kaliforniyanın Oklend şəhərində başlayıb. O, özünü Pharoah adlandıran Sun Ra ilə işləmiş və ondan sonra Con Koltrenin qrupuna qoşulmuşdur. Sanders 1967-ci ildə ölümünə qədər Coltrane ilə oynayıb. Sanders, ənənəvi Afrika və Cənubi Asiya musiqisinin təsirlərini birləşdirən 1969-cu il albomunu buraxıb.