Türkiyədə ağır qəza olub - 6 nəfər ölüb

25 Sentyabr 2022 14:00 (UTC+04:00)

Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.