Baş nazir koronavirusa yoluxub

25 Sentyabr 2022 13:11 (UTC+04:00)

İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə Sançes tviter səhifəsində yazıb. "Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım", - baş nazir yazıb. Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib. "Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm", - hökumət başçısı bildirib.