Odessa dron-kamikadzelərin hücumuna məruz qalıb

25 Sentyabr 2022 11:16 (UTC+04:00)

Sentyabrın 25-də səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

"Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.