Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib - VİDEO

25 Sentyabr 2022 11:06 (UTC+04:00)

Beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsü Mikuru Asakura ilə şou xarakterli boks qarşılaşmasında üz-üzə gəlib. SİA-nın məlumatına görə, ABŞ təmsilçisi ikinci raundda rəqibini nokautla məğlub edib.

Bu, 45 yaşlı idmançının şou xarakterli görüşlərdə dördüncü qələbəsi olub.

Qeyd edək ki, Floyd Meyvezer 2017-ci ildə irlandiyalı Konor Makqreqora qalib gələrək peşəkar boks karyerasını başa vurub.