Çin addım-addım bütün ölkəni izləyəcək!

25 Sentyabr 2022 10:34 (UTC+04:00)

Çin kosmosa elmi təcrübələr və təfərrüatlı yer müşahidələri üçün nəzərdə tutulmuş “Çian-14” və “Çian-15” peyklərini göndərib. SİA xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, peyklər "Kuaycou-1A" raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən buraxılıb.

Bildirilib ki, peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirilib. Buraxılış Çin tərəfindən hazırlanmış "Kuaycou-1A" sürətli reaksiya verən orbital raketlə həyata keçirilən 18-ci uğurlu nəqliyyat missiyası olub.