Sibel Can pərəstişkarından şoka düşüb

25 Sentyabr 2022 10:02 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Sibel Canın iqamətgahına tez-tez gələn fanat narahatlığa səbəb olub. SİA xəbər verir ki, hadisə fevralın 4-də Sibel Canın İstanbulun Beykoz şəhərindəki iqamətgahında baş verib. Məşhur müğənniyə heyran qalan fanat özü ilə gətirdiyi bəzi hədiyyələri Cana çatdırmaq istəyib. Müğənninin iqamətgahına gələn gənc hədiyyələri Sibel Cana vermək istəsə də, onun evdə olmadığını öyrəndikdən sonra getmək istəyib.

Sibel Canın sürücüsü pərəstişkarının israrlı davranışına qarşı vəziyyətə müdaxilə etməyə çalışıb. Fanat hədiyyələri davamlı verməyə başlayarkən sürücü polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılan fanat ifadəsində Sibel Cana heyran olduğunu, buna görə də özü ilə gətirdiyi qırmızı şam və komanda bayrağını təqdim etmək istədiyini bildirib. Məqsədinin cinsi qısnama olmadığını bildirən gənc, cinsi təcavüz ittihamını rədd edib.