Baş məşqçinin mətbuat konfransı boykot olunub

25 Sentyabr 2022 09:34 (UTC+04:00)

Jurnalistlər futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransını boykot ediblər. SİA yerli mətbuata istinadən xəbər verir ki, hadisə yığmanın Ukraynaya 0:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının V tur oyunundan sonra baş verib.

Media nümayəndələri 67 yaşlı mütəxəssisin istefasını tələb ediblər.

Qeyd edək ki, Ermənistan komandası Millətlər Liqasında ardıcıl 4 görüşdə məğlub olub. Yığma B Liqasının 1-ci qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.