Külək Bakıda ağacı aşırıb

25 Sentyabr 2022 09:14 (UTC+04:00)

Ötən gecə güclü külək Bakıda fəsadlara yol açıb. SİA-nın xəbərinə görə, Yasamal rayonu, E.Abdullayev küçəsi 20 ünvanında qarajın qarşısında ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları aşan ağacı kəsərək ərazini təmizləyir.