78 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb

25 Sentyabr 2022 08:20 (UTC+04:00)

Bakının Yasamal rayonunda 78 yaşlı qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, 1944-cü il təvəllüdlü Babayev Malik Qəmbər oğlu yaşadığı evin qarşısında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.