"Ardıcıl qazandığımız qələbələr inamımızı artırdı" - EMİN MAHMUDOV

25 Sentyabr 2022 05:16 (UTC+04:00)

Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi.
SİA xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunları çərçivəsində sentyabrın 25-də Qazaxıstan millisini qəbul edəcək Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Bu, özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun.

Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq.

Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.