"Qara Qarayev millidən çıxarılma səbəbini yaxşı bilir" - BAŞ MƏŞQÇİ AÇIQLADI

24 Sentyabr 2022 20:21 (UTC+04:00)

"Komandanın tərkibində olan hər bir proses qapalı olaraq qalmalıdır". SİA xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Cianni De Byazi Bakıda Azərbaycana- Qazaxıstan matçından öncə keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi qeyd edib ki, Qara Qarayev millidən çıxarılma səbəbini məndən soruşmayıb: " Səbəbini məndən öyrənmək istəsə mən qeyd edərdim. Amma düşünürəm o səbəbi səndən də, məndən də daha yaxşı bilir. Mən komanda da olan sirri heç kimə açmaram. Çünki bu kimi söhbətlər ictimaiyyətə çatdırılsa biz komanda ola bilmərik".