"Fikrimcə, bir evi tikəndə ilk öncə onun fundamentini qurmaq lazımdır". SİA xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Cianni De Byazi Bakıda Azərbaycana- Qazaxıstan matçından öncə keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi qeyd edib ki, əgər sən böyük ev tikmək istəyirsənsə bunun təməlini qoymag çox vaxt aparacaq: "Qazaxıstan çox güclü komandadır. Onlar bütün güclərini meydanda qoyurlar. Sabah qələbə qazana bilsək biz 2-ci yer tutacıyıq. Qələbə bizim üçün çox önəmlidir. Çox keyfiyyətli komandamız var. Bəzi hallarda özümüzü itirsək də, birlik ola bilirik. Hal-hazırda komanda da olan bütün oyunçulardan razıyam. İlk gündən deyirəm ki, millinin qapısı açığ olduğu kimi dərhal bağlanada bilər. Buna görə də milli də çıxış edən futbolçu bunun məsuliyyətini dərk etməlidir".