Aktrisa mülkünü 10 milyona satışa çıxardı - FOTOLAR

24 Sentyabr 2022 17:35 (UTC+04:00)

Amerikalı aktrisa Sandra Bullok Kaliforniyadakı fermasını 6 milyon dollara ( təxmini 10 milyon manat) satışa çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 91 hektarlıq ferma iki ayrı evdən ibarətdir.

Evlərdən biri 4 yataq otağı və 6 hamamdan, digəri isə 3 yataq otağı, 2 hamam, şəxsi hovuz və spadan ibarətdir. Həmçinin, baxçada avokado, zeytun ağacları və toyuq hini də var.