"Slovakiya oyununda Azərbaycan çox gözəl birlik nümayiş etdirdi" - BAŞ MƏŞQÇİ

24 Sentyabr 2022 16:59 (UTC+04:00)

"Biz meydana pozitiv enerji ilə çıxacayıq". SİA xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçinin sözlərinə görə, komandamızı bütün sevənlərimiz dəstəkləyir: "İstər biz, istərsə də Azərbaycan qələbə qazanmağ istəyir. Sabahki oyunda məlum olacaq ki, qalib kimdi. Slovakiya ilə oyunda Azərbaycan futbolçuları çox gözəl birlik nümayiş etdirdilər. Məhz buna görə də qalib oldular. İlk öncə seçmə mərhələni başa vurmalıyıq. Bizim ilk məqsədimiz qarşıdakı oyunlarda yaxşı çıxış edərək, gələcəyə baxmaqdır".