Nazir vətəndaşları qəbul edib - FOTOLAR

24 Sentyabr 2022 16:55 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 24-də Şəki şəhəri və Qax rayonu sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbuldan öncə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəki şəhərində Olimpiya İdman Kompleksində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.