"Bu komandanın güclü olduğunu bilirik" - BAŞ MƏŞQÇİ AÇIQLADI

24 Sentyabr 2022 16:42 (UTC+04:00)

Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı". SİA xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".