"Ukrayna ordusu 9 min kvadrat km ərazini işğaldan azad edib" - ZELENSKİ

24 Sentyabr 2022 03:18 (UTC+04:00)

“Ukrayna hərbçiləri sentyabr ayı ərzində artıq 9 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib. Sabitləşdirmə tədbirləri davam edir”. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib: “Bu nəzərəçarpacaq nəticə müvəqqəti işğal olunmuş ərazilərdəki xalqımızın bizə kömək etməsi sayəsində əldə olunub. Xahiş edirəm, bu cür yardımların daha çox olması üçün hər şeyi edin”, - Prezident çağırış edib.

O, ukraynalılardan Rusiyaya saxta “referendum” keçirməyə kömək edənlərlə bağlı məlumatları xüsusi xidmət orqanlarına ötürməyi istəyib.