Meksikada 5,6 bal gücündə zəlzələ baş verib

24 Sentyabr 2022 01:04 (UTC+04:00)

Meksikada 5,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Andres manuel Lopes Obrador "tvitter"də yazıb.

“İndi mənə məruzə edildi ki, Tekomandan 70 km cənubda, 5,6 bal gücündə zəlzələ olub. Hələlik dağıntı və tələfat yoxdur” – deyə dövlət başçısı bildirib.

Seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,2 bal, dərinliyi 10 km olub.