Suriya rusun keçirdiyi referendumu tanıyacaq...

23 Sentyabr 2022 23:21 (UTC+04:00)

Suriyanın xarici işlər naziri Feysəl Mikdad Donbass, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrini tanımağa hazır olduğunu bildirib

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Lenta.ru” yayıb.

“...Biz Rusiya xalqının iradəsinə, Donetskin və Luqanskın iradəsinə hörmətlə yanaşdıq və gələcəkdə baş verəcəklərin nəticələrinə mütləq hörmətlə yanaşacağıq”.

Rus saytının yazdığına görə, bunu suriyalı nazir bildirib.

Maraqlıdır ki, ona ünvanlanan ABŞ-ın sanksiyalarından qorxmursunuzmu sualına, nazır “xeyr, qorxmuruq”-deyə bildirib. O hətta ABŞ-ın Rusiya Federasiyasına, Çinə qarşı tətbiq etdiyi sanksiyaları “qeyri-insani, qeyri-qanuni və əxlaqsız” adlandırıb.

Xatırladaq ki, sentyabrın 23-ü səhər saatlarında Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində Rusiyanın subyekt kimi birləşmək məsələsi ilə bağlı referendumlar başlayıb.

Səsvermə sentyabrın 27-dək davam edəcək.

Ağasəf Babayev