ABŞ-dan Çinə Rusiyaya dəstəyin nəticələri barədə xəbərdarlıq

23 Sentyabr 2022 22:18 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə Rusiyanı dəstəkləməyin nəticələri ilə bağlı Pekinə xəbərdarlıq edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

…Blinken Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını pisləməklə bağlı ABŞ-ın mövqeyini bir daha təkrarlayıb və Çinə Moskvaya dəstək verərsə, bunun mümkün nəticələrini də açıqlayıb.

Bu, Dövlət Departamentinin bəyanatında deyilir. Məlumata görə, dövlət katibi Vaşinqtonun Pekinlə ümumi maraqlar çərçivəsində əməkdaşlığa açıq qaldığını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi ilkin şərt olmadan Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpasına çağırmışdı.

Ukrayna ətrafındakı böhran dünyada baş verən hər şeylə ayrılmaz şəkildə bağlıdır və "vəziyyət nə qədər çətin olsa, əməkdaşlıq yollarını axtarmaq bir o qədər vacibdir.

Qeyd edək ki, bu fikirlər çinli siyasətçiyə məxsusdur.

Ağasəf Babayev