"Bu il 11211 sərnişin Şuşaya səfər edib" - QURUMDAN AÇIQLAMA

23 Sentyabr 2022 16:43 (UTC+04:00)

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 350 reys həyata keçirilib, 15021 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib". Bunu SİA-nın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti bildirib.

Sərnişinlərdən 11211-i Şuşaya səfər edib. Onlardan 7462 nəfər Bakı – Şuşa – Bakı, 3749 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.