"Shusha Chess 2022" turnirinin iştirakçıları və qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya məlumat verilib. Şahmatçılar Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib.