"Shusha Chess 2022" turnirində rapid yarışlarında 6-cı tura start verilib - FOTOLAR

23 Sentyabr 2022 15:38 (UTC+04:00)

"Shusha Chess 2022" turnirində rapid yarışlarında 6-cı tura start verilib. Turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Qurumun mətbuat xidmətindın SİA-ya verilən məlumata görə, sonra yarışın baş hakimi, AŞF-nin 1-ci Vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib.

Bu gün rapid yarışında daha 4 tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.