"Düşmən diz çökəcək"" - HƏRBİ EKSPERT BİLDİRDİ

23 Sentyabr 2022 15:04 (UTC+04:00)

“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Hərbi ekspertin fikirlərinə görə, onlar beynəlxalq hüquq normalarına belə əməl etmirlər: “2020-ci ilin Vətən müharibəsindən sonra biz gözləyirdik ki, Ermənistan ağlını başına yığar. Lakin əfsuslar olsun ki, bu müharibədən də nəticə çıxarmadı. Onlar havadarlarına arxayın olub ard-arda təxribatlar törətdilər. Hər dəfə də bu təxribatların cavabını artıqlaması ilə alırlar. Düşmən 5-6 dəfə böyük itkilər verərək, hərbi texnikaları sıradan çıxır. Ermənilərin bütün təxribatlarının sonu bizim strateji yüksəklikləri əldə etməyimizlə nəticələnib. Son döyüşlərdə bunun bariz nümunəsidir. Azərbaycan dövləti çalışır ki, sülh müqaviləsi imzalansın və bölgədəki stabillik bərqərar olsun. Lakin Ermənistan tərəfi hüquq normalarını pozaraq, davamlı şəkildə cinayətlər törədir. Ermənistan ağlını başına yığmasa daha artıq cəzalar alaraq, bölgədəki varlıqları sual altına düşəcək. Hesab edirəm ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində bizim uğurlarımız davam edəcək, düşmən diz çökərək məğlubiyyətini qəbul edərək, sülh müqaviləsini imzalayacaq. Ermənistan artıq bu cür davam edə bilməz. Azərbaycanın səbri sonsuz deyil”.