Amerika Birləşmiş Ştatlarında qeyri-müəyyən müddətə yaşamaq və işləmək üçün onlayn müraciət etmək hüququ verən Green kart (Yaşıl Kart) üçün müraciət tarixləri açıqlanıb.
SİA xəbər verir ki, müaricət 2022-ci il oktyabrın 5-dən noyabrın 8-dək qəbul ediləcəyini açıqlayıb. Yaşıl Kart sahibləri ən azı beş il ABŞ-da olduqlarını və yaxşı əxlaqi xarakterə malik olduqlarını nümayiş etdirmək üçün heç vaxt cinayət törətmədiklərini sənədləşdirdikdən sonra ABŞ vətəndaşlığı üçün müraciət edə bilərlər.
18 yaşına çatmamış vətəndaşlara ən azı bir ABŞ vətəndaşı valideyni olması şərti ilə vətəndaşlıq verilir.