Vətəni sevməyən insan olmaz. Olsa da o şəxs də vicdan olmaz! ŞƏRH

23 Sentyabr 2022 11:00 (UTC+04:00)

Şəhidlər bu xalqın övladlarıdır və xalqımız tərəfindən hər biri dərin hörmət və ehtiramla yad olunur. İstər Aprel döyüşlərində, istər Vətən müharibəsi zamanı, istərsə də "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları zamanı həyatlarını itirənlər sıravi vətəndaşlar, xalq arasından çıxan könüllülərdir ki, onlar müxalifət uğrunda deyil, torpaqlarımızın istiqlalı uğrunda canlarını fəda ediblər. Ordumuzun şəhidlər verdiyi bir vaxtda Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı, Qubad İbadoğlu kimi ünsürlər ölkəmizdə daxili sabitliyi pozmağa cəhd göstərərək, "Tüpürüm o dəhlizə", "Tüpürüm Qarabağa" deyərək bir daha satılmış və yaltaq olduqlarını sübut etdilər. Bu dəfə onlar heç bir mənəviyyata sığmayan, şəhidlərimizin dəfn edildiyi bir zamanda şəhid ailələrinin heysiyyatına toxunaraq onlar üzərindən pul qazanmağa, hansısa ölkələrin səfirlikləri qarşısında xoş görünməyə çalışıb siyasi divident qazanmaq niyyətinə düşdülər. Ən təəssüf doğuran məqam isə odur ki, onlar heç şəhidlərin ruhundan belə utanmadılar. Onların etdiyi bu rəzillik bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır. Azərbaycan xalqı belələrini ikrah və nifrət hissi ilə rədd edir.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının əməkdaşı