Kiyev DXR-in şimalında ciddi qüvvələr qruplaşdırıb

23 Sentyabr 2022 02:05 (UTC+04:00)

Ukrayna Donetsk Xalq Respublikasının şimalında ciddi qüvvələr toplayıb və yaxın gələcəkdə onların əks-hücum cəhdinin ediləcəyi istisna edilmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin məlumat verib.

Onun dediyinə görə, respublikanın şimalında vəziyyət son dərəcə mürəkkəbdir. Həyəcan verici siqnallar var. Düşmən kifayət qədər ciddi qüvvələr qruplaşdırıb və ola bilsin ki, çox yaxın gələcəkdə vəziyyəti dəyişib əks-hücuma keçsin.

Qeyd edək ki, bunları Puşilin Telegram kanalında yayımlanan videomüraciətdə deyir.

Ağasəf Babayev