PKK-ya məxsus ərzaq məhsulları aşkarlandı

23 Sentyabr 2022 03:54 (UTC+04:00)

Türkiyənin Adıyaman bölgəsində terror təşkilatı olan PKK-ya qarşı aparılan əməliyyatda torpağa basdırılmış halda olan ərzaq məhsulları aşkar edilib. SİA xəbər verir ki, əməliyyat nəticəsində 2 fərqli nöqtədə torpağa basdırılmış ərzaq məhsulları ələ keçirilib və onlar Adıyaman Baş Prokurorluğunun göstərişinə əsasən məhv edilib.