Azərbaycan Avropa liderlərinin görüşünə dəvət olundu

23 Sentyabr 2022 03:08 (UTC+04:00)

Avropa İttifaqı tərəfindən təşkil edilən Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, iclasa İttifaqın 27 üzvü ilə yanaşı 17 ölkə dəvət olunub.

Dəvət məktubları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Çexiyanın Baş naziri, Avropa İttifaqının müddətli prezidenti Petr Fiala tərəfindən imzalanıb.

İclasa dəvət olunan ölkələr Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və Britaniyadır.