Ərdoğan və Baydenin həyat yoldaşları ilə ailə şəkli çəkdirildi

23 Sentyabr 2022 00:09 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılan liderlər və onların həyat yoldaşlarının şərəfinə verilən şam yeməyində həyat yoldaşları ilə ailə şəkili çəkdiriblər. SİA xəbər verir ki, Ərdoğan və xanımı Əminə Ərdoğan ABŞ prezidenti Co Baydenin Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılan liderlər və onların həyat yoldaşlarının şərəfinə verdiyi naharda iştirak edib. Mətbuata qapalı keçirilən şam yeməyində Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Bayden və həyat yoldaşı Cil Bayden xatirə şəkli çəkdiriblər.