“İnstaqram”da problem yarandı

22 Sentyabr 2022 23:14 (UTC+04:00)

"İnstaqram" platformasında qlobal problem yaranıb. SİA xəbər verir ki, istifadəçilər platformaya daxil olmaqda çətinliklə üzləşib.

Nasazlıq və ya xəta ilə bağlı rəsmi açıqlama verilməyib. Problemin səbəbi hələlik məlum deyil.