Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas və rəhbərlik etdiyi nümayəndə heyəti Ermənsitan-Azərbaycan sərhədində olub. SİA "Aysor.am” saytına istinadən xəbər verir ki, bu barədə KTMT-in mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
Onlar Azərbaycanla sərhəddə yerləşən Vayots Dzor bölgəsinin sərhəd rayonuna səfər edib.
Missiyaya cari vəziyyəti qiymətləndirmək üçün KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı ətraflı məruzə hazırlamaq tapşırılıb.