"Qrupdakı son oyunda eksperiment aparmayacağıq" - BAŞ MƏŞQÇİ

22 Sentyabr 2022 22:54 (UTC+04:00)

"Qrupdakı son oyunda eksperiment aparmayacağıq". SİA-nın məlumatına görə, bunu futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının C Divizionunda evdə Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri V tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi ilə matçda heyətlə bağlı müəyyən dəyişikliklər olacaq: "Belə emosional qarşılaşmalardan sonra heyətə əl gəzdirmək lazımdır. Başqa çarə yoxdur, çünki oynayan futbolçular yorulacaqlar".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.