Moskvanın hərbi komissarı səfərbərlik haqqında əmr verdi

22 Sentyabr 2022 22:38 (UTC+04:00)

Moskvanın hərbi komissarı Viktor Şepilov “Səfərbərlik elan edilməsi haqqında” əmr imzalayıb. Qismən səfərbərlik şəhərdə 21 sentyabr saat 9:00-dan qüvvədədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskva” şəhər xəbər agentliyi məlumat yayıb.

“…Hərbi komissarlıqdan şəxsi çağırış vərəqəsi almış, Moskvada daimi yaşayan, ehtiyatda olan bütün zabitlər, miçmanlar, çavuşlar, komandirlər, əsgərlər və matroslar öz şəxsi gündəliyində göstərilən tarixlərdə və məqamlarda çağırış məntəqələrinə gəlməlidirlər”.-sənədin mətnində deyilir.

Sərəncamda ehtiyatda olan, lakin əlində hələ səfərbərlik əmri olmayan və hələ də çağırış vərəqəsi almamış şəxslərin şəhərdən çıxmasına qadağa qoyulması ilə bağlı bənd yoxdur. Amma belə bənd digər rayonların sərəncamlarında var.

Ağasəf Babayev