“LNG almaq üçün ölkələrlə danışıqlar aparırıq”

22 Sentyabr 2022 21:43 (UTC+04:00)

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez yeni mayeləşdirilmiş təbii qaz (LNG) ehtiyatlarının alınması üçün ölkələrlə danışıqlar apardıqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazir Dönmez videokonfrans vasitəsilə qatıldığı II Avrasiya Kogenerasiya Konfransındakı çıxışında Ukrayna-Rusiya münaqişəsinin ilk ayından başlayaraq təbii qaz qiymətlərinin təxminən 20, kömürün isə 8-10 dəfə artdığını söyləyib.

Enerji təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkən F.Dönmez müddəti bitən müqavilələrin yeniləndiyini, LNG razılaşmalarının tamamlandığını, əvvəllər təbii qaz ticarəti həyata keçirilməyən mənbə ölkələrlə danışıqlar aparıldığını bildirib.