Acunun son durumu necədir?

22 Sentyabr 2022 21:27 (UTC+04:00)

Ötən günlərdə motosiklet qəzası keçirərək xəstəxanalıq olan Acun Ilıcalı evə buraxılıb. SİA xəbər verir ki, Ilıcalının qolunda sınıq aşkarlandıqdan sonra əməliyyatla platin taxılıb. Acunun qarşı tərəfdən gələrək onunla toqquşan avtomobil sürücüsündən şikayətçi olmadığı öyrənilib.