Çin Ukraynadakı münaqişədə dayanmayacaq

22 Sentyabr 2022 20:27 (UTC+04:00)

Çin Ukraynadakı münaqişə ilə bağlı qeyri-aktiv olmaq niyyətində deyil, lakin onun daha da genişlənməsinə töhfə verməyəcək.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşü zamanı Çinin xarici işlər naziri Vanq Yi deyib.

“…Çin boş oturmayacaq və atəşə yanacaq qatmayacaq, biz öz rolumuzu oynamağa davam edəcəyik” deyə Vanq Yi bildirib.

Onun sözlərinə görə, Çin Avropa İttifaqı və əsas Avropa ölkələrinin sülhə nail olmaq üçün fəal vasitəçilik etməyə və hər cür səy göstərməyə davam etməsini dəstəkləyir.

“…Ukraynadakı vəziyyət genişlənmə və sərtləşmə tendensiyasını göstərir, onun mənfi təsiri hər gün daha da ciddiləşir, amma Çin bunu görmək istəməz”.-deyə Vanq Yi bildirib.

Ağasəf Babayev