Litva bu dəfə “qadağanın gözünə” Belarusu da qatdı...

22 Sentyabr 2022 20:17 (UTC+04:00)

Litva parlamenti Rusiya Federasiyası və Belarus tərəfindən yaradılmış, birbaşa və ya dolayı yolla idarə olunan, nəzarət edilən və ya maliyyələşdirilən radio proqramlarının, televiziya proqramlarının internetdə təkrar yayımını müvəqqəti qadağan edən qanuna dəyişiklikləri təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Litva parlamentinin saytında məlumat verilib.

“...Bu gün heç bir şübhə ola bilməz ki, biz informasiya məkanımızı və insanların mədəni sipər altında bizə gələn bu yumşaq gücə müqavimət göstərmək qabiliyyətini qorumalıyıq. Bu ölkənin heç bir mədəniyyəti yoxdur. Bu, beyni öldürən ölümcül silahdır”, - deyə Mədəniyyət Komitəsinin sədri Vytautas Juozapitis bildirib.

Qeyd edək ki, qadağa oktyabrın 1-dən 2024-cü ilə qədər qüvvədə olacaq.

Ağasəf Babayev