“Böhranlara hazırlıqlı olmalıyıq” -MÖVLUD ÇAVUŞOĞLU

22 Sentyabr 2022 19:27 (UTC+04:00)

Mövlud Çavuşoğlu BMT-nin 77-ci Baş Assambleyasının iclasları üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Çavuşoğlu Türkiyənin ev sahibliyi etdiyi MİKTA-nın (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) 22-ci Xarici İşlər Nazirləri Toplantısında çıxış edib. SİA xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, nə pandemiya, nə də Ukraynadakı müharibə qarşılaşacağımız son böhran olmayacaq: “Növbəti problemə daha yaxşı hazırlaşmalıyıq. Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə həyata keçirdiyimiz İstanbul taxıl müqaviləsi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli bir addım oldu. Müqavilənin imzalanması ilə qlobal bir rahatlıq oldu".