Əyri ayaqlar və skoliozu olanlar xidmətdən azad edilsin!

22 Sentyabr 2022 19:06 (UTC+04:00)

"...Rusiyada hərbi xidmət üçün uyğunluq meyarlarının yenilənməsinə ehtiyac var. Hərbi çağırışdan möhlət almağa imkan verən bir sıra xəstəliklər siyahıdan çıxarılmalıdır”.

SİA “RİA Novosti”yə istinadən yazır ki, bunu Krımdan olan senator Olqa Kovitidi bildirib.

Senator xanım mövcud qaydalara əsasən, düz ayaqları və müəyyən dərəcədə skoliozu olan gənclərin hərbi xidmətdən azad edilməsini təklif edib.

Kovitidinin dediyinə görə, bəzi xəstəliklər var ki,.. onlar hərbi çağırışa mane olmur. O, əlavə edib ki, bu gün ölkədə təkcə könüllü olaraq cəlb edilmiş peşəkar orduya deyil, həm də Rusiya Silahlı Qüvvələrinin sıralarında xidmətə yararlı gənclərin ehtiyatının artırılmasına ehtiyac var.

Siyasətçi qadın kiçik zabitlərin hazırlanmasına yanaşmaların da yenilənməsini təklif edib.

Gərək ki, yadınızda olar, bundan əvvəl Kovitidi referendumdan sonra Donbasa edilən hücumları birbaşa ruslara qarşı təcavüz kimi dəyərləndirməyə çağırmışdı.

...Yəni, ruslar demiş əgər “kto nibud, koqda nibud” uzaqdan da olsa ruslara barmaq yelləsə...

P.S: Yeri gəlmişkən, hüquq elmləri namizədi, dosent Olqa Kovitidinin əri Artyom Maltsevdən 14 yaş böyük olduğunu bilirdim, amma onun tibb elmindən də belə “başı çıxdığını” indi bildim.

Ağasəf Babayev