İspaniya hökuməti varlılara müvəqqəti vergi tətbiq etməyi planlaşdırır

22 Sentyabr 2022 18:34 (UTC+04:00)

İspaniya hökuməti gələn ildən varlı şəxslərə müvəqqəti vergi tətbiq etmək niyyətindədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın maliyyə naziri Mariya Xesus Montero bildirib. Onun sözlərinə görə, hökumət hazırda həmin vergi ilə bağlı iş aparır. Nazir yeni vergi ilə bağlı təfərrüatları açıqlamayaraq deyib ki, texniki mütəxəssislərə onun üzərində işləməyə imkan yaratmaq lazımdır.

Maliyyə naziri qeyd edib ki, növbəti iki il ərzində əhalinin həssas qruplarını dəstəkləmək vacibdir. Həmçinin Ukrayna ətrafında vəziyyətin necə inkişaf edəcəyi də nəzərə alınacaq.

Gəlirin, yaxud sərvətin həddinə gəlincə, Montero bildirib ki, yeni vergi milyonçulara hədəflənəcək. Bu isə o deməkdir ki, yenilik ölkə əhalisinin təxminən bir faizinə təsir göstərəcək.