Ay can, ay can...Bayden ermənilərə söz verdi...

22 Sentyabr 2022 18:26 (UTC+04:00)

Deyirəm ermənilər, daha bu gecə sevindiklərindən yata bilməzlər. Çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində Ermənistana dəstəyini davam etdirəcəyinə söz verib.

SİA Sputnikə istinadən xəbər verir ki, bu barədə prezident Cozef Bayden Ermənistanın baş naziri Nikol Paşinyana Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyib.

ABŞ prezidenti mesajında ​​ABŞ-ın Ermənistana demokratiya, suverenlik və təhlükəsizlik məsələsində yardımını davam etdirəcəyini vurğulayıb.

“...Son döyüşlər Ermənistanın qonşularla münasibətlərin nizamlanması da daxil olmaqla firavan və dinc gələcəyə baxa bilməsi üçün diplomatik səylərin ikiqat artırılmasının zəruriliyini vurğulayır”. Erməni Sputnikinin yazdığına görə guya bunu da Bayden bildirib.

O, həmçinin Azərbaycanla münaqişənin son günlər gərginləşməsi zamanı itkilərlə bağlı başsağlığı verib.

“...Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiqik”. - Bayden deyib.

Yeri gəlmişkən rus saytlarının yazdığına görə, bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi təbrik mesajı göndərib.

O, Müstəqillik Günü münasibətilə Ermənistan xalqına ən xoş arzularını çatdırıb. Treysi həmçinin münaqişənin kəskinləşməsi zamanı insan itkisinə görə başsağlığı verib. O, həmçinin vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə sadiqdir.

...Necə deyirlər, həmən dalğa, həmən kordinat..

P.S: Gərək ki, bizlərdə belə yerdə deyirlər ey... Allah sizə komek olsun, bir yetimi sevindirmək, onun konlun almaq, boyuk bir savabdlr...

Ağasəf Babayev